Ermənistan ordusu daha bir hərbçisini itirdi

14 Yanvar 2019 10:53 (UTC+04:00)

Məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, qəza Yerevan-Meğri avtomobil yolunda qeydə alınıb. Karçevan kəndinin sakini X.Gevorkyanın idarə etdiyi “VAZ-2107” markalı “Jiqulu” avtomobili İran dövlət nömrə nişanlı “Volvo” yük maşını ilə toqquşub.

Məlumata görə, qəzaya səbəb “VAZ-2107”nin əks yola çıxması olub.

Hadisə nəticəsində sürücü, hərbçi X.Gevorkyan hadisə yerində ölüb, iki sərnişin isə yaralanıb.(report.az)

© AzNews.az