Messinin tarixi uğuru

14 Yanvar 2019 11:23 (UTC+04:00)

Sözügedən qarşılaşma Kataloniya təmsilçisinin üzvü Lionel Messi üçün əlamətdar olub.

Belə ki, matçda hesabı 2:0 edən qolun müəllifi olan Messi La Liqada 400-cü qolunu vurub.

La Liqada iştirak etdiyi 435 oyunda 400 qol vuran argentinalı forvard, İspaniya çempionatı tarixinin ən çox qol vuran futbolçusudur.

Messi 100-cü qolunu "Almeriya"ya, 200-cü qolunu "Osasuna"ya, 300-cü qolunu isə "Sportinq"ə (Xixon) vurub.(qafqazinfo.az)

© AzNews.az