Vaxtından əvvəl məzara göndərən pəhriz

17 Aprel 2013 14:41 (UTC+04:00)
Tərkibində yüksək yağ və şəkər olan tipik qərb pəhrizi insanları vaxtından əvvəl məzara göndərir. Bununla bağlı araşdırmanın nəticəsi "The American Journal of Medicine" jurnalında dərc olunub. Ən təhlükəli qidalar olaraq, ağ çörək, qırmızı ət, yağ, kremlər və şirniyyatlar qeyd olunur.

Qeyd edək ki, araşdırma Böyük Britaniyanın 5000 mindən çox dövlət işçisinin müqaviləyə əsasən müntəzəm tibbi müayinə gələrək sağlamlıq vəziyyətlərinin təhlili əsasında aparılmışdır.

Fransanın Dövlət Tibb İnstitutunun tədqiat qrupunun rəhbəri Tasnime Akbaralın sözlərinə görə, pəhrizin bu və ya digər xəstəliklərin inkişafına təsir etmə riski kifayət qədər tədqiq olunub, lakin pəhrizin ümumi sağlamlığa təsiri haqqında tədqiqiatlarla əvvəllər heç kim məşğul olmurdu.

Araşdırma zamanı qərb pəhrizi saxlayanların yalnız 4%-inin yaşına görə ideal sağlamlıq vəziyyətində qaldığı məlum olub. İştirakçıların 3-də birində kiçik sapmalar aşkar olunub, lakin sağlamlıqları normal kimi qiymətləndirilib. Qalanları isə bu və digər xəstəliklərdən, əsas olaraq isə ürək xəstəliklərindən şikayətçidirlər. Təqdiqatçıların sözlərinə görə, qərb pəhrizinin həvəskarları ürək-damar xəstəliklərinin ölüm riskini artırmaqla, özlərini "ideal qocalmaq" sevincindən məhrum edirlər.

Xeyirli qidalar olaraq isə nahar zamanı hisə verilmiş qızılbalıq və qarğıdalı çörəyi, zeytun yağlı tərəvəz salatı məsləhət görülür.

Mətanət
AzNews.az