Bank hesabından oğurluq edən şəxs tutuldu

14 Yanvar 2019 11:39 (UTC+04:00)

Polis əməkdaşlarının operativliyi sayəsində bank hesabından oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın yanvarın 3-də bank hesabından 5405 manatının çıxarılaraq oğurlandığını bildirib.

​Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.az