Ruslar Medvedevin istefasını tələb edir - Sorğu

14 Yanvar 2019 12:30 (UTC+04:00)

Bu məlumatı “Levada Çentr” şirkəti keçirdiyi sorğudan sonra yayıb.

Məlumata görə, indiki hakimiyyətin istefasını respondentlərin 53%-i tələb edir. Hökumətin istefasını istəməyənlərin sayı sorğu iştirakçılarının 40%-ni təşkil edib.

Rusların 57%-i hökuməti qiymət artımı və gəlir səviyyəsinin aşağı düşməsində, 46%-i isə işsizliyin artmasında ittiham edib.

36% hazırkı hökumətin mövcud iqtisadi böhranın öhdəsindən gəlmək iqtidarında olmadığını bildirib.(axar.az)

© AzNews.az