Milli Konqres Yerevanda nümayiş keçirəcək

17 Aprel 2013 14:51 (UTC+04:00)
Ermənistan Milli Konqresi (EMK) aprelin 30-da Azadlıq meydanında nümayiş keçirəcək. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bunu EMK üzvü, Yerevanın sabiq meri Vaaqn Xaçatryan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, nümayişdə EMK-nın lideri Levon Ter-Petrosyan mütləq iştirak və çıxış edəcək.

Xaçatryan bildirib ki, nümayişdə EMK-nın əməkdaşlıq etdiyi digər siyasi qüvvələrin nümayəndələrinin də çıxış edəcəklərinə ümid edir.


AzNews.az