Bələdiyyə sədri səhnədə bıçaqlandı

14 Yanvar 2019 12:57 (UTC+04:00)

Yüzlərlə şəxsin qatıldığı tədbirdə səhnəyə çıxan Polşanın Qdansk bələdiyyəsinin sədri 53 yaşlı Pawel Adamoviç bıçaqlı hücuma məruz qalıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə yerində edilən müdaxilə nəticəsində o, həyata qaytarılıb.

Əvvəllər məhkumluq həyatı yaşayan 27 yaşlı cinayətkar saxlanılıb. Hadisəni törədən zaman o, bələdiyyə sədri tərəfindən haqsız yerə həbsə atıldığını xatırladıb.

Görüntülərdə yenicə həbsdən çıxan şəxs “Adamoviç öldü”, "Mənə həbsdə işgəncə verilirdi" deyə bağırıb.

Polşa mediası cinayətkarın səhnəyə jurnalist press kartı ilə çıxdığını bildirsə də, rəsmi qaynaqlar bunu inkar edib.

Nigar CƏFƏR

AzNews.az