“Bakı küçələrində Şaxta baba kimi ilk dəfə mən görünmüşəm” - Xalq artisti

14 Yanvar 2019 13:05 (UTC+04:00)

“Bakıda ilk Şaxta baba mən olmuşam”.

AzNews.az xəbər verir ki, bunu xalq artisti Rəfael Dadaşov ARB TV-nin “Hüseynova bacıları” verilişində deyib. Aktyor küçədə Şaxta baba paltarında gəzməyi dəb halına gətirdiyini bildirib:

“Atam Məlik Dadaşov çox məşhur Şaxta baba idi. İndi Şaxta baba obrazı mənə daha çox yaraşır. O zaman arıq oğlan idim. Naxçıvandan gəlmişdim. Küçəyə Şaxta baba paltarında çıxmağı dəb halına saldım. 1966-1967-ci illərdə Şaxta baba küçədə nə gəzirdi?! Əlimdə ağac, çemodanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım. Məcburiyyət qarşısında idim. Fikirləşdim ki, bu bağçadan digər bağcaya deyilən vaxta ancaq Şaxta baba paltarında çata bilərəm”.

AzNews.az