Sumqayıtda yanğın - Xəsarət alan var

14 Yanvar 2019 13:10 (UTC+04:00)

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı ev yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az