Millinin yeni baş məşqçisi köməkçilərini müəyyənləşdirdi

14 Yanvar 2019 15:06 (UTC+04:00)

42 yaşlı mütəxəssisin köməkçilərindən biri "Sumqayıt" klubunun əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov olub.

M. Obradoviçin digər köməkçisi isə ukraynalıdır. Bu, Azərbaycana gələnədək Estoniyanın "Nimme Kalyu" klubunun əvəzedici komandasına rəhbərlik etmiş Roman Kojuxovskidir.

Nəhayət, Draqoslav Poleksiç yeni baş məşqçiyə qapıçılarla iş üzrə məşqçi kimi yardımçı olacaq.

Qeyd edək ki, Milan Obradoviç Azərbaycanın U-21 yığmasına yanvarın 11-də baş məşqçi təyin edilib.(report.az)

© AzNews.az