Aqil Camal Qazaxıstan səfiri ilə görüşdü

14 Yanvar 2019 15:29 (UTC+04:00)

Görüşdə Azərbaycan və Qazaxıstan münasibətlərində, eyni zamanda Türk dövlətləri arasında inteqrasiya prosesində medianın, ictimai sektorun rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

A.Camal bildirib ki, müzakirə olunan məsələlərlə bağlı onun irəli sürdüyü təkliflər səfir B.İssabayev tərəfindən dəstəklənib: “Yaxın vaxtlarda həm media, həm də QHT müstəvisində Türk dünyasına dair bir neçə layihə həyata keçirəcəyik”.

© AzNews.az