Su basmış mədəndəki şaxtaçıların bir aylıq axtarışları nəticə vermədi

14 Yanvar 2019 17:00 (UTC+04:00)

Dekabrın 13-də su basmasının səbəb olduğu qəzadan sonra mədəndə qalan 15 nəfər ilə əlaqə kəsilib. Bu günədək aparılmış axtarış işlərinin gedişində fəhlələrin olduğu yer tapılmayıb. Hadisə yerində xilasedicilərlə yanaşı, geofizika tədqiqatları və hidrologiya institutunun alimləri, dalğıclar, yanğından mühafizə xidmətinin mütəxəssisləri də fəhlələrin axtarışında yaxından iştirak edirlər. Bundan başqa, uzaqdan idarə olunan sualtı cihazlar üzrə ixtisaslaşmış xüsusi qrup da axtarış işlərinə cəlb olunub.

Kiçik təpələrin olduğu ərazidə təxminən 11 metr dərinlikdə yerləşən mədəndə axtarış işləri təbii şərait səbəbindən zəif davam edir. Bir neçə nasos günlərdir yığılmış suyu çəkməklə məşğuldur. Fəhlələrin böyük ehtimalla ölmüş olmasına baxmayaraq, axtarış işləri davam etdirilir.

Bildirilir ki, 2014-cü ildə məhkəmənin qərarı ilə həmin mədəndə qazıntı və hasilat işləri qadağan edilib. Buna baxmayaraq, mədəndə kustar üsulla kömür çıxarılması davam etdirilib.(AZƏRTAC)

© AzNews.az