Azərbaycanın tərəfdaşı olduğu yeni terminal inşa edilir

14 Yanvar 2019 17:04 (UTC+04:00)

Sənədə əsasən, ABŞ-ın "Trammo" korporasiyası “Wondernet Express Investment Group” şirkəti ilə birgə terminalın tikintisinə 20 mln. dollar investisiya yatıracaq.

İmzalanma mərasimində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia və Acarıstan MR-nın hökumət üzvləri iştirak ediblər.

G.Kobulia müqaviləni əhəmiyyətli adlandırıb: “Yeni terminalın inşası Mərkəzi Asiyadan olan yüklərin artmasına, Gürcüstanın dəmir yollarına yeni yüklərin cəlb olunmasına və yeni iş yerlərinin açılmasına şərait yaradacaq”.

Nazir terminalın regional əhəmiyyətini qeyd edərək, layihənin Acarıstan və ümumilikdə, Gürcüstan iqtisadiyyatının artmasına töhfə verəcəyini bildirib.

Layihəyə əsasən, Mərkəzi Asiyaölkələri, Azərbaycan və Gürcüstan arasında Qara dəniz limanı vasitəsilə loqistika dəhlizinin yaradılması nəzərdə tutulub.

“Wondernet Express Investment Group” şirkəti layihə üzrə əsas tərəfdaşlar olan “Gürcüstan dəmir yolları” SC, Batumi limanı, “Azərbaycan dəmir yolları” QSC və Bakı limanı ilə artıq sazişlər imzalayıb.

Batumi limanında inşa olunacaq yeni multimodal terminal müasir avadanlıqlarla təchiz olunacaq, anbar obyektləri 60 min ton mineral gübrənin saxlanılması üçün nəzərdə tutulacaq. İnşasına bu ilin yazında başlanılması planlaşdırılan terminal ildə 1,2 mln. tona qədər mineral gübrə emal etmək gücünə malik olacaq.(report.az)

© AzNews.az