Özümü yenə seksi sayıram - Keçmiş model

14 Yanvar 2019 17:09 (UTC+04:00)

Türkiyənin keçmiş modeli Deniz Akkaya instagram hesabından izləyicilərinin suallarına cavab verib və özü haqda maraqlı olan məsələlərə aydınlıq gətirib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən həftələrin birində keçmiş aparıcı tərəfdaşı Seren Serengil ilə sosial media üzərindən bir polemikaya girən və sonda məhkəmə qərarlarını gözlədiyi üçün sakit qalmağı düzgün bilən keçmiş model Deniz Akkaya sosial media hesabı üzərindən izləyiciləri ilə ünsiyyətdə olub.

Yeni ildə böyük planları olan və vaxtını ilk olaraq idmana ayıran Akkaya suallara səmimi cavab verib.

O, keçmiş tərəfdaşı Seren Serengil ilə barışmasının mümkün olmadığını deyib və özünü yenə də seksi hesab edib.

Səidə Nurməmmədli

AzNews.az