Üçqat Avropa çempionuna vəzifə verildi

14 Yanvar 2019 17:22 (UTC+04:00)

Uşu-Sanda üzrə Avropa çempionu Elçin Eminov Azərbaycan Uşu Federasiyasının təşkilatı məsələlər üzrə şöbəsinin müdiri təyin edilib.

Bu barədə Federasiya prezidenti Azər Həsənsoy əmr imzalayıb.

Xatırladaq ki, Elçin Eminov Uşu-Sanda idman növü üzrə üçqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş medal sahibi və Prezident mükafatçısıdır.(trend.az)

© AzNews.az