UEFA Ukrayna klubuna Avropaliqa matçını Xarkovda keçirməyə icazə verib

14 Yanvar 2019 18:34 (UTC+04:00)

Ukraynanın "Şaxtyor" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununun stadionu müəyyənləşib.

AzNews.az UEFA-nın saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşma Xarkovdakı "Metallist" stadionunda baş tutacaq. Görüş fevralın 14-də Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Almaniyadakı cavab matçı fevralın 21-i Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Qeyd edək ki, daha öncə "Şaxtyor"un Çempionlar Liqasında Fransa "Lion"i ilə matçı hərbi vəziyyətlə əlaqədar Xarkovdan paytaxt Kiyevə dəyişdirilib. Komanda Donetski təmsil etsə də, hərbi vəziyyətlə əlaqədar ev oyunlarını bu şəhərdə keçirə bilmir.

AzNews.az