Samuxda 46 yaşlı kişi intihar etdi

14 Yanvar 2019 20:19 (UTC+04:00)

Samux rayonunda 46 yaşlı kişi intihar edib.

Hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Bəxtiyar Həmzə oğlu Hüseynov özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünü öldürdüyü hələlik məlum deyil.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

AzNews.az