Saatlıda 4 yaşlı uşaq su kanalında boğulub öldü

14 Yanvar 2019 22:46 (UTC+04:00)

Saatlı rayonunda azyaşlı su kanalında boğulub.

Hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb.

Azyaşlı hadisə yerində boğulub ölüb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır. (trend)

AzNews.az