Tramp Kim Çen Ina məktub göndərdi

15 Yanvar 2019 09:03 (UTC+04:00)

TASS xəbər verir ki, bu barədə CNN teleşirkəti mənbəyə istinadən məlumat yayıb.

İki ölkə arasında nüvəsizləşdirmə məsələsi üzrə danışıqlardan məlumatlı olan mənbənin verdiyi xəbərə görə, məktub şəxsən Kim Çen Inın özünə təqdim edilib.

Mənbə Donald Trampın məktubunun məzmununu açıqlamayıb.

Daha əvvəl xəbər verilib ki, ABŞ və Koreya Xalq Demokratik Respublikası yüksək səviyyəli yeni görüşə hazırlığı başa çatdırıb. ABŞ-ın dövlət katibi Maykl Pompeo tezliklə Koreyanın Əmək Partiyasının Vahid cəbhəsinin şöbə müdiri Kim Yon Çxolla danışıqlar aparacaq. Tərəflər indi qarşıdakı görüşə son hazırlıqları başa çatdırır.(report.az)

© AzNews.az