Uzun ömrün sirri...

15 Yanvar 2019 10:00 (UTC+04:00)

Bu haqda məlumat “MedicalXpress” nəşrində dərc olunub.

Tədqiqatçılar 1740-cı ildən bəri gəlib-getmiş 20 min ailədən 315 min nəfərin nəsil şəcərəsini araşdırıblar. Alimlər müəyyən ediblər ki, uzun ömürlü qohumların sayı nə qədər çox olarsa, erkən ölüm riski bir o qədər aşağı düşür.

Hər hansı şəxsin hər iki valideyni uzun ömür sürdükdə, onun erkən ölüm riski 31 faiz aşağı düşür. Əmiləri-dayıları və xalaları-bibiləri uzun ömürlü olan şəxslərdə erkən ölüm riski daha da aşağı olur.(oxu.az)

© AzNews.az