Azərbaycanlı jurnalistlər Gürcüstana getdi

15 Yanvar 2019 10:03 (UTC+04:00)

Bir qrup jurnalist Gürcüstana səfər edib.

AzNews.az xəbər verir ki, yanvarın 15-də bir qrup azərbaycanlı jurnalist Gürcüstana səfər edib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Beynəlxalq Turizm Təşviqi İdarəsinin təşkilatçılığı ilə baş tutan turda jurnalistlər Gürcüstanın Kutaisi və Batumi şəhərlərində turizm imkanları ilə tanış olacaqlar.

Altı günlük səfər çərçivəsində jurnalistlər Kutaisi və Batumi şəhər turları da daxil olmaqla müxtəlif turizm obyektlərinə, muzeylərə, eləcə də xizəkçilik kurortu komplekslərinə baş çəkəcəklər.

Qeyd edək ki, AzNews.az-ın əməkdaşı Elgün Mənsimov da sözügedən turda iştirak edir.

AzNews.az