Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

15 Yanvar 2019 10:33 (UTC+04:00)

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbir 15-16 yanvar tarixlərində NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

© AzNews.az