Şahzadə Harri və Meqan Marklın övladlarının adını pərəstişkarları seçir - FOTO

15 Yanvar 2019 10:38 (UTC+04:00)

3 ay sonra Sasseks hersoqu və hersoginyası valideyn olacaqlar. Cütlük gələcək şahzadənin cinsini hələlik gizli saxlayır.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Harri və Meqan Birkenxed şəhərinə səfəri zamanı britaniyalılarla bu mövzu barəsində danışmağa məcbur olublar.

İnsanlarla ünsiyyət zamanı qonaqlar körpəyə ad seçilməsi barəsində onların fikrini soruşublar. Xüsusən də qız adları ilə maraqlanıblar.

Meqan Müqəddəs Anna adına katolik məktəbin şagirdlərinə "əgər qız olsa, hansı adı qoyardınız?" sualını verib. 11 yaşlı İvon Çen "Emi" adını seçib.

Hersoginya öz katibəsi Emi Pikerilli göstərərək, bu adı seçməyə dəyər deyib.

Məlum oldu ki, şahzadə Harri "Lili" adının pərəstişkarıdır. Şahidlərin sözlərinə görə, o, kütlənin içərisindən Lili adlı qızı olan ana ilə ünsiyyət saxlamağa çalışıb.

Fəridə Abdulla

AzNews.az