Pele “yeni Pele”ni seçdi

15 Yanvar 2019 10:50 (UTC+04:00)

Sabiq hücumçu bu fikirlərini “France Football” nəşrinə müsahibəsində deyib.

Pelenin sözlərinə görə, ilk dünya çempionluğunu 17 yaşında yazanıb, Mbappe isə dünya çempionu olan zaman 19 yaşında olub.

“O, demək olar ki, mənimlə bərabərləşib. Düşünürəm ki, o, “yeni Pele” ola bilər”, - braziliyalı bildirib və qeyd edib ki, bunu zarafatla demir.

Mbappe Fransa yığmasının tərkibində 2018-ci ildə mundialın qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib. O, Xorvatiya ilə finalda qol vuraraq, həlledici oyunlarda qol vuran ən gənc futbolçular siyahısında ikinci olub. Birinci yeri 1958-ci ildə 17 yaşında final qarşılaşmasında qol vuran Pele tutur.(oxu.az)

© AzNews.az