Gürcüstanda daha bir nəfər “donuz qripi”ndən öldü

15 Yanvar 2019 10:57 (UTC+04:00)

Bu barədə mətbuata Gürcüstanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, ölən şəxsdə H1N1-lə yanaşı, Hepatit C virusu da olub.

Bundan başqa, bölgələrin birində 10 aylıq körpə də H1N1 virusundan dünyasını dəyişib.

Bununla da Gürcüstanda "donuz qripi"ndən ölənlərin sayı 17 nəfərə çatıb.(AZƏRTAC)

© AzNews.az