Adnan Oktarın 86 şirkəti üzə çıxdı

15 Yanvar 2019 11:00 (UTC+04:00)

Türkiyədə Əmanətlərin Sığortalanması Fondunun (TMSF) rəhbəri Muhiddin Gülal problemli şirkətlərdən bəzilərinin 2019-cu ildə satılacağını bildirib.

AzNews.az xəbər verir ki, Anadolu agentliyinə danışan Gülal Adnan Oktar qrupuna aid 86 şirkətin də TMSF qəyyumluğunda idarə edildiyini deyib:

“Hazırda aşkarlama işləri davam edir. Bu şirkətlərin 80-i artıq fəaliyyət göstərmir. Adnan Oktarın şirkətlərinin 10 milyon lirəlik varidatı var”.

Pərvanə Ağazadə

AzNews.az