Bu imtahanda 10 şagird iştirak etdi - FOTOLAR

15 Yanvar 2019 11:07 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 220 nömrəli məktəb-liseydə təşkil olunmuş imtahanda 10 şagird 3 saat vaxt ərzində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə test tapşırıqlarını yerinə yetiriblər.

Eksternat imtahanlarının nəticələrini BŞTİ tərəfindən yaradılmış komissiya 5 ballıq şkala üzrə qiymətləndirəcək.

Qeyd edək ki, iki mərhələdən ibarət olan eksternat imtahanlarının müsahibə mərhələsi bu gün (15 yanvar 2019-cu il) keçiriləcək.(qafqazinfo.az)


© AzNews.az