Çin tarixində bir ilk - Ayda...

15 Yanvar 2019 11:32 (UTC+04:00)

Çin Mərkəzi Televiziyasının məlumatına görə, eksperimentin keçirilməsi üçün aparılan pambıq çiyidi özünün ilk cücərtilərini verib. Yerə göndərilən fotolarda bitkinin sürətlə böyüyən zoğları əks olunub.

Analoji eksperimentin kartof, raps, həmçinin digər bitki və bioloji növlərlə aparılması planlaşdırılır. Təcrübələrin keçirilməsi üçün Aya torpaq, su və hava aparılıb.

Xatırladaq ki, “Çane-4” bu il yanvarın 3-də Ayın əks tərəfinə enib.(AZƏRTAC)

© AzNews.az