Polislər fahişələrə qarşı əməliyyat keçirdi - 51 nəfər saxlanıldı

15 Yanvar 2019 11:37 (UTC+04:00)

Adana Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində Adana Polis bölməsinin Əxlaq şöbəsi fahişələrə qarşı əməliyyat tədbirlərinə başlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 28-i qadın olmaqla 51 şübhəli saxlanılıb.

Polis bu şəxsləri saxlamaq üçün səhər tezdən əməliyyat keçirib. Villa və plazalar da daxil olmaqla 55 ünvanda əməliyyat tədbirləri aparılıb.

Saxlanılan şəxslər polis bölməsinə gətirilib.

Nigar CƏFƏR

AzNews.az