Milyonlarla insanı ağlatmışdı - Vəsiyyəti yerinə yetirildi

15 Yanvar 2019 11:57 (UTC+04:00)

Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytin Budağı” hərəkatı zamanı terroristlərin əldə düzəldilən bombasının partlaması nəticəsində şəhid olan Burak Tatarın vəsiyyəti yerinə yetirilib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Burak Tatar şəhid olmazdan əvvəl cəhbədən anasına zəng edərək “Ana şəhid olsam, avtomobilimi şəhid uşaqları və qazilərin ehtiyacları üçün onlara bağışlayın” deyib.

Türkiyəni ağladan o vəsiyyətə görə şəhidin atası və anası oğullarının həyatda olarkən gözü kimi baxdığı, öz topladığı pul ilə aldığı avtomobilini sataraq gəliri “Mehmetçik Vakfı”na bağışlayıb.

Şəhidin atası Yahya Tatar “Biz vətənə gənc bir övlad verdik. İndi də vəsiyyət etdiyi avtomobilini bağışladıq. Bundan sonra nəyimiz var, nəyimiz yox vətənə verməyə davam edəcəyik. Qızım həkim olacaq, o da qardaşı kimi Mehmetçilərin yarasını sarıyacaq. Peşman deyiləm, biz vətənə qurban olsun, deyə yerişdirdik, elə də oldu. Dövlət başçımıza səslənib demək istəyirəm ki, mən bu torpaqlara gənc oğlumu qurban verdim, yıxılmadım, dik durdum. Tək bir istəyim var, terrorun kökü qazınsın” deyib.

Nigar CƏFƏR

AzNews.az