“Nizami” məqbərəsindən oğurluq edənlər cinayət başında yaxalandılar

15 Yanvar 2019 11:58 (UTC+04:00)

Polis əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 13-də saat 21:00 radələrində Gəncə şəhəri ərazisindəki “Nizami” məqbərəsinin ərazisindən artezian quyusunun metal borusunun hissəsini oğurlamağa cəhd göstərən 2 nəfər Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.

Kəpəz Rayon Polis İdarəsinə təhvil verilən həmin şəxslərin Gədəbəy rayon sakinləri Elyaz Abbasov və Elməddin Abbasov olduqları müəyyən edilib.

Araşdırma aparılır.

AzNews.az