Tanınmış şair məhkəmədə

15 Yanvar 2019 12:12 (UTC+04:00)

Şairdən yanvarın 23-də məhkəməyə gəlməsi tələb olunub.

Səid Sadiqifər ölkədə sabitliyi pozmaq məqsədi ilə qanunsuz qruplaşma yaratmaqda ittiham olunur. Lakin hansı qruplaşmadan söhbət getdiyi açıqlanmayıb.

Qeyd edək ki, fəal ötən ilin iyul ayında Bəzz qalasına yürüş ərəfəsində də saxlanılmışdı. Səid Sadiqifər əvvəllər də Güney Azərbaycan türklərinin demokratik və milli haqları uğrunda apardığı mədəni fəaliyyətlərə görə İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb və təzyiqlərə məruz qalıb.

Xatırladaq ki, keçən ilin avqust ayında Beynəlxalq Əfv Təşkilatı (BƏT) bəyanat yayaraq, İran hakimiyyətini Güney Azərbaycandan olan siyasi məhbusları azad etməyə çağırıb.(teleqraf.com)

© AzNews.az