Qaçqınların qayığı dənizdə batdı - bir uşaq həyatını itirdi

15 Yanvar 2019 12:18 (UTC+04:00)

Türkiyənin Kuşadası ərazisində içində qaçqınların olduğu rezin qayıq deşilib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sahil Təhlükəsizlik Xidmətinin komandası Kuşadasından təxminən 5 mil uzaqlıqda içində qaçqınların olduğu qayığın deşildiyi haqqında məlumat alıb.

Əməliyyat nəticəsində qayıqdaki 40 nəfər xilas edilib, 1 uşağın isə cəsədi tapılıb.

Aralarında uşaqların da olduğu qaçqınlar Kuşadası Dövlət Xəstəxanasına gətirilib.

Ərazidə axtarış tədbirləri davam edir.

Nigar CƏFƏR

AzNews.az