“CinemaPlus”da uşaqlar üçün aksiya

15 Yanvar 2019 12:27 (UTC+04:00)

“CinemaPlus” premium kinoteatrı uşaqlar üçün aksiya keçirir.

AzNews.az-ın məlumatına görə aksiya çərçivəsində uşaqlara endirimlə animasiya filmləri izləmək təklif edilir.

Tamaşaçılar “Cinemazadeh” studiyasında dublyaj olunmuş “Qar yarışları” və ya “Monsterlər ailəsi” animasiya filmlərindən birinə bilet əldə etməklə digərinə 1 manatlıq endirim kuponu əldə edəcəklər.

Aksiya yanvarın 31-dək davam edir və yalnız Bakı şəhərində yerləşən kinoteatrlara aiddir.

AzNews.az