Metroda hədə-qorxu ilə pul tələb etdi, yaxalandı

15 Yanvar 2019 12:31 (UTC+04:00)

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yanvarın 14-də Bakı Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini həmin gün saat 16:00 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb etdiyini bildirib.

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şəmkir rayon sakini A.İmanov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az