Azərbaycanlı müğənni: Ticarət mərkəzində ayaqqabı satırdım - VİDEO

15 Yanvar 2019 12:36 (UTC+04:00)

ARB TV-nin “Öz evimizdir” proqramının budəfəki qonağı müğənni Əbdül Xalid olub.

Müğənni bildirib ki, seçdiyi sahəni ailəsi heç vaxt dəstəkləməyib:

“Ailəm heç vaxt dəstəkləmirdi məni. Tək atamdan başqa heç kim istəmirdi müğənni olum. Anam artıq sonlarda barışırdı. Anam üçün 2-ci təhsil olaraq İqtisadiyyat Universitetinə daxil oldum. Anam istəmirdi müğənni olum. Deyir ki, istəyirdim səni həkim görüm. 9-cu sinifdə ticarət mərkəzində ayaqqabı satırdım. Şərt qoymuşdular ki, sən Konservatoriyaya daxil olmasan bu çətin həyat səni gözləyir. Məqsəd qoymuşdum”.

9

AzNews.az