ABŞ NATO-dan çıxa bilər

15 Yanvar 2019 12:39 (UTC+04:00)

Bu barədə “Nyu York Tayms” qəzeti yazır.

Qəzetin məlumatına görə, Tramp NATO-ya üzv digər ölkələrin hərbi sahəyə ayırdıqları vəsaitin həcmindən narazıdır.

2018-ci il ərzində Trampın bir neçə dəfə NATO-dan çıxmaqla bağlı açıqlama verdiyi məlumdur. Onun yüksək rütbəli hərbçilərlə danışıqlar zamanı bir neçə dəfə “NATO-nun mövcudluğunda məna görmürəm” dediyi məlum olub. Başqa bir adı açıqlanmayan mənbə isə Trampın İspaniya, İtaliya, Fransa və Almaniyanın hərbi xərclərini Ümumi Daxili Məhsulun 2%-i həddinə çatdırmayacağı təqdirdə, ölkəsinin “öz bildiyi kimi hərəkət edəcəyi” barədə xəbərdarlığını xatırlatmışdı.

NATO-da olan mənbələr sonradan Reuters agentliyinə açıqlamasında Trampən NATO-dan çıxmaqla bağlı xəbərdarlıq etmədiyini, lakin üzv ölkələrin hərbi xərclərini artırmasına çağırış etdiyini xatırladıb.(modern.az)

© AzNews.az