Ötən il Ermənistanda 11 hərbçi intihar edib

15 Yanvar 2019 14:00 (UTC+04:00)

Ötən il Ermənistanda 11 hərbçi intihar edib.

“Məlumatı ölkənin Baş Prokurorluğunun mətbuat xidməti yayıb.

Rəsmi məlumata görə, 2018-ci ildə Ermənstan ordusunun 63 hərbçisi müxtəlif şəraitlərdə ölüb.

Onların 27-si əsgər, 23 müqavilə əsasında xidmət edən hərbçi, 2-si gizir, 11-i isə zabitdir.

Ölüm hallarının 38-i xidmət zamanı, 25-i isə xidmətdənkənar baş verib.(report.az)

© AzNews.az