İbrahim Tatlısəsin anası vəfat etdi

15 Yanvar 2019 14:27 (UTC+04:00)

Türkiyə musiqisinin "imperatoru", müğənni İbrahim Tatlısəsin anası vəfat edib.

İfaçı bir müddət idi ki, reanimasiyada saxlanılan anasını ziyarət etmək üçün xəstəxanaya gedirdi.

1933-cü ildə Şanlıurfada doğulan Leyla Tatlı Bahçelievlerdəki özəl xəstəxanada bu gün səhər saatlarında dünyasını dəyişib.

Fəridə Abdulla

AzNews.az