DİM ASAN ödəniş sisteminə inteqrasiya edilib

15 Yanvar 2019 15:52 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Asan Xidmətdən AzNews.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi üzrə ödənişlərin “ASAN ödəniş” sisteminə inteqrasiyası uğurla başa çatdırılıb.

8 yanvar 2019 - cu il tarixindən etibarən vətəndaşlar adıçəkilən dövlət qurumu üzrə ödənişləri www.e-gov.az, www.asanpay.az portalı və ya “ASAN ödəniş” sisteminə qoşulmuş bütün ödəniş portalları, həmçinin 10000-dən artıq ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.

Bununla da vətəndaşlar Dövlət İmtahan Mərkəzi üzrə şəxsi kabinetlərdəki hesablarına “ASAN ödəniş” sistemi vasitəsilə vəsait əlavə edə bilərlər.

AzNews.az