Məşhur aktyora narkotik iddiası

15 Yanvar 2019 16:42 (UTC+04:00)

Türkiyəli məşhur aktyor Eser Yenenlerin illər öncə çəkilən videosu olay oldu.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sosial mediada sürətlə yayılan videoda Eser Yenenler DJ kabinində oturub. Bir müddət sonra stolun altına əyilən Eserin narkotik çəkdiyi iddia olunub.

Eser Yenenler sosial şəbəkədə bu videonu paylaşanlara od püskürərək “Biyabırçısınız. Şeymanın paylaşımlarında da var o video. Gizli bir şey kimi paylaşırsız. Mənim tək pis vərdişim siqaret çəkmək idi. Onu da 3 il əvvəl tərgitmişəm” deyib.

Nigar CƏFƏR

AzNews.az