Anarın və Vidadi Babanlının kitabları çıxdı

15 Yanvar 2019 17:13 (UTC+04:00)

Xalq yazıçısı Anarın “Söz dünyası” kitabının birinci cildi və Əməkdar incəsənət xadimi Vidadi Babanlının iki cilddən ibarət “Seçilmiş əsərləri” çap edilib.

AzNews.az-ın məlumatına görə kitablar Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

“Söz dünyası” kitabına müəllifin müxtəlif illərdə yazdığı icmal məqalələr, portret-oçerklər, esselər, xatirələr daxildir. Kitab Ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunur.

Vidadi Babanlının iki cilddən ibarət “Seçilmiş əsərləri”nin birinci cildində yazıçının əlli ilə yaxındır sevilə-sevilə oxunan “Vicdan susanda” romanı, həmçinin “Həyat bizi sınayır” və “Ana intiqamı” povestləri, ikinci cildində isə “Müqəddəs ocaq”, “Ömürlük əzab” romanları və “Mənim gizlinlərim” memuarı daxil edilib.

Hər iki kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

AzNews.az