İran “Taliban”la danışıqlar aparıb

15 Yanvar 2019 17:36 (UTC+04:00)

İLNA xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin sədri Heşmətulla Falaxatpişə deyib.

Onun sözlərinə görə, "Taliban"la görüş İslam Respublikasının bu təşkilatı tanıması demək deyil: “İran tarixi səbəblər baxımından "Taliban"la fikir ayrılığına malikdir”.

Komitə sədri "Taliban"ın Əfqanıstanda hakimiyyətdə təmsil olunduqlarının bir həqiqət olduğunu təsdiqləyib: “İran Əfqanıstanı "Taliban"dan daha təhlükəli sayır”.(report.az)

© AzNews.az