Niderland səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

15 Yanvar 2019 17:52 (UTC+04:00)

Niderlandın Tehrandaki səfiri Jacques Louis Verner bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Məqsəd isə ona bir qrup şəxs tərəfindən İranın Laheydəki səfirliyinə hücum təşkil edilməsi ilə bağlı etiraz bildirməkdir.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda informasiya İran Xarici İşlər Nazirliyinin internet saytında yerləşdirilib.

Deyilir ki, diplomatların qorunması ilı bağlı səfirə 1961-ci ildə qəbul edilən Vyana müqaviləsi xatırladılıb.

Niderland polisinin isə öz vəzifəsini layiqincə yerinə yetirmədiyi bir daha vurğulanıb.

Nigar CƏFƏR

AzNews.az