Yanvarın 20-dən 21-nə keçən gecə nə baş verəcək? - Bütün dünya gözləyir

15 Yanvar 2019 17:59 (UTC+04:00)

Yanvarın 20-dən 21-nə keçən gecə baş tutacaq Super Qanlı Ay tutulması mübahisələrə səbəb olub.

AzNews.az xəbər verir ki, tarix boyu Super Qanlı Ay tutulması qorxu və fəlakətlərin xəbərçisi olaraq qəbul olunur. Nadir səma hadisəsi ilə bağlı yazılan kitablar da var.

Bir əsrdə 28 dəfə baş verən bu hadisə bəzi fikirləri də özü ilə birlikdə gətirib. Bunlardan ən çox danışılanı isə hadisənin qiyamət əlaməti olduğudur.

“Vəhy” kitabının 6-cı sürəsindəki 12-14-cü ayələrin həmin hadisə ilə bağlı olduğu deyilir.

Diqqət çəkən ayələr bunlardır:

“Quzu altıncı möhrü açanda baxdım, güclü zəlzələ oldu. Günəş qara qıldan hörülmüş torbaya çevrildi. Ay qan qırmızısı oldu.

Göyün ulduzları yer üzünə sançıldı. Bu güclü küləklə sarsılan əncir ağacının üzərindəki incirləri tullamağı kimi idi. Göylər bükülən bir kitab kimi yox oldu. Hər dağ, hər ada yerindən qaldırıldı”.

Qeyd edək ki, super qanlı ay tutulması adını ayın atmosferdəki işığının təsiri ilə narıncı və ya qızılı rəngdə görünməyindən alır.

Pərvanə Ağazadə

AzNews.az