Bakı-Həştərxan aviareysinin tarixi açıqlandı

15 Yanvar 2019 18:09 (UTC+04:00)

Bu ilin mayın 16-da 4 illik fasilədən sonra Rusiyanın Həştərxan vilayəti ilə Bakı arasında birbaşa aviareys açılacaq.

Reysi “Buta Airways” həyata keçirəcək.

Uçuş "Embraer E-190" təyyarəsi ilə həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

AzNews.az