Nigeriyada “Boko Haram”ın işğal etdiyi şəhər azad olundu

15 Yanvar 2019 18:41 (UTC+04:00)

Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno ştatında radikal “Boko Haram” hərəkatının dəstələri tərəfindən işğal olunmuş Rann şəhərini azad edib.

Bu barədə ordudakı mənbə məlumat verib.

Bildirilib ki, şəhər yanvarın 14-ü gününün ikinci yarısında üç saatlıq döyüşdən sonra işğal olunsa da, bu gün hərbçilər şəhərə nəzarəti ələ keçiriblər. (report)

AzNews.az