“Mercedes”i ağaca vuran sürücü xəstəxanalıq oldu - Sərnişini isə öldü

15 Yanvar 2019 19:29 (UTC+04:00)

Şamaxı rayonunun Meysəri kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 14-də saat 9 radələrində Şamaxı rayonunun Meysəri kəndi ərazisində Qəbələ rayon sakini Dəyanət Zəkəryəyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişinlərindən Pərvanə Rəcəb qızı hadisə yerində ölüb, sürücü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az