"Arsenal" Məsud Özili "Yuventus" və "İnter"ə təklif etdi

15 Yanvar 2019 22:21 (UTC+04:00)

Londonun "Arsenal" klubu "qış transfer pəncərəsi" dövründə türk əsilli yarımmüdafiəçi Məsud Özildən yaxa qurtarmağa çalışır.

"Tuttomercatoweb" nəşrinin məlumatına görə, bu səbəbdən 30 yaşlı futbolçu karyerasını İtaliyada davam etdirə bilər.

"Topçular"ın rəhbərliyi A Seriyasının dərhal iki klubu ilə – Turin "Yuventus"u və Milan "İnter"i ilə əlaqə saxlayıb və onlara xavbeki almağı təklif edib.

Lakin sövdələşməni reallaşdırmaq elə də asan olmayacaq, çünki nə byankonyerilər, nə də neradzurri Özilə "Arsenal"da aldığı qədər əmək haqqı verməyə hazır deyillər. Hazırkı müqaviləyə görə, futbolçunun həftəlik məvacibi 391 min avrodur.

Daha əvvəl Məsut Özilin nişanlanması xəbəri yayılıb. (report)

AzNews.az