Məmmədyarov Nepomnyaşi ilə üz-üzə gəldi

15 Yanvar 2019 23:00 (UTC+04:00)

Niderlandda keçirilən şahmat üzrə “Tata Steel Masters-2019” turnirinin dördüncü turunun oyunlarına yekun vurulub.

Teymur Rəcəbovun ardınca Şəhriyar Məmmədyarov da rəqibi ilə “sülh” bağlayıb.

Bu dəfə Ş. Məmmədyarovun rəqibi turnir cədvəlinə başçılıq edən rusiyalı Yan Nepomnyaşi olub. (oxu.az)

AzNews.az